Albaniyanın “Partizani” klubunda çıxış edən Vüsal İsgəndərli gələcək karyerası ilə bağlı qərarını verib.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi Azərbaycana qayıtmayacaq. Oyunçuya təkliflər olsa da, idmanxeber.az-a verilən məlumata görə, mövsümün sonuna qədər Albaniyada oynamağa davam edəcək.
Xatırladaq ki, İsgəndərli “Karvan-Yevlax”ın maraq dairəsində olsa da, transfer baş tutmayıb. Buna səbəb maliyyə şərtləri olub.
Yevlax təmsilçisi İsgəndərlini transfer etmək istəsə də, yüksək məbləğdə maaş verə bilmir.
Bu səbəbdən də yarımmüdafiəçi ilə danışqlar baş tutmayıb.
