“Səbail” Rəhman Hacıyevlə yollarını ayırır - “Şəfa”ya keçə bilər

Xəbərlər
3 Yanvar 2026 13:20
80
“Səbail” Rəhman Hacıyevlə yollarını ayırır - “Şəfa”ya keçə bilər

Birinci Liqada qarşısına çempionluq hədəfi qoyan “Səbail” Rəhman Hacıyevlə yollarını ayırmağa hazırlaşır.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, artıq komandanın baş məşqçisi bu məsələylə bağlı mövqeyini rəhbərliyə deyib.

Adil Şükürov Rəhman Hacıyevin performansından məmnun deyil və onu sərəncamında görmək istəmir.

Artıq Rəhman Hacıyevi heyətində görmək istəyən klub da var. Bu, Birinci Liqada “Səbail”in çempionluq mübarizəsində əsas rəqibi “Şəfa”dır.

Qeyd edək ki, Birinci Liqada 12 turdan sonra “Şəfa” 30 xalla birinci, “Səbail” 22 xalla üçüncü yerdədir.

İdman.Biz