“Çelsi”də futbolçular Liam Roseniorun gəlişini müzakirə edirlər

Xəbərlər
3 Yanvar 2026 13:00
67
“Çelsi”də futbolçular Liam Roseniorun gəlişini müzakirə edirlər

“Çelsi”nin futbolçuları Enzo Mareskanın gedişindən sonra ingiltərəli mütəxəssis Liam Roseniorun baş məşqçi təyin olunmasını gözləyirlər.

İdman.Biz xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Daha əvvəl “Strasburq”u çalışdıran L. Roseniorun London klubunda əsas namizəd olduğu bildirilmişdi.

Roseniorun daha öncə “Çelsi” rəhbərliyinin nümayəndələri ilə təmasda olduğu vurğulanır.

The Telegraph nəşrinin məlumatına görə, “zadəganlar”ın bir neçə əsas futbolçusu Roseniorun əsas favorit olduğu ilə bağlı siqnallar alıb və bu variantı öz aralarında müzakirə ediblər.

Qeyd olunur ki, klub rəhbərliyi gənc, məşq prosesinə yönümlü və “Çelsi”nin fəlsəfəsinə uyğun mütəxəssisə üstünlük vermək niyyətindədir.

Namizədlər siyahısında “Portu”nun baş məşqçisi Françesko Faryolinin də adı yer alır.

Lakin mövsümün gedişində onun transferinin çətin olacağı qeyd edilir.

İdman.Biz
Məqalədə: