“Barselona” Kanselunu yenidən heyətinə qatmaq istəyir

Xəbərlər
3 Yanvar 2026 11:20
73
“Barselona” Kanselunu yenidən heyətinə qatmaq istəyir

“Barselona” qış transfer pəncərəsində Joau Kanselunun transferi imkanını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Portuqaliyalı sağ cinah müdafiəçisi “Əl-Hilal”dan ayrılmaq və karyerasını yenidən Avropada davam etdirmək qərarına gəlib.

Məlumata görə, Kanselu ilə bağlı İtaliyanın “İnter” klubu da mübarizə aparır.

Lakin jurnalist Karlos Monforun yazdığına görə, “Barselona” artıq mümkün transferin detalları ilə yaxından tanış olub. O vurğulayır ki, keçidin baş tutması Kanselunun yüksək maaşı səbəbindən olduqca çətin görünür.

Belə ki, Səudiyyə Ərəbistanında 31 yaşlı futbolçuya illik təxminən 15 milyon avro ödənilir.

Şayiələrə əsasən, Kanselu karyerasını məhz Kataloniyada davam etdirməyə üstünlük verir və onun “Barselona”ya qayıdışı yalnız “Əl-Hilal”ın maaşın böyük hissəsini ödəməyə davam edəcəyi halda mümkün ola bilər.

Məlumat üçün əlavə edək ki, Kanselu “Barselona”ya 2023-cü ilin yayında keçib və 2023/2024 mövsümünü bu komandada keçirib. Onun “Barselona”dakı əvvəlki çıxışı icarə əsasında olub və klub transferi daimi etməyib.

İdman.Biz