Tacikistan millisinin sabiq futbolçusu və baş məşqçisi vəfat edib

Xəbərlər
2 Yanvar 2026 10:20
35
Tacikistan millisinin sabiq futbolçusu və baş məşqçisi vəfat edib

Tacikistan millisinin sabiq futbolçusu, baş məşqçisi və funksioneri Muhsin Məhəmmədov dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, ağır xəstəlikdən sonra Muhsin Məhəmmədov 1 yanvar 2026-cı il axşam saatlarında, 60 yaşına çatmasına az qalmış vəfat edib.

O, futbolçu kimi “Pamir”, “Torpedo”, “Ankaragücü”, “Austria” klubu və bir sıra digər komandalarda çıxış edib.

Karyerasını başa vurduqdan sonra isə məşqçi və idarəçi kimi fəaliyyət göstərib, Tacikistan millisinə rəhbərlik edib, “İstiqlol” klubunun vitse-prezidenti olub və son olaraq doğma “Vaxş” klubunda çalışıb.

Məhəmmədov Tacikistan futbolunun inkişafında sistemli yanaşması, gənclərlə işi və peşəkarlığı ilə seçilən əsas fiqurlardan biri sayılırdı. Onun fəaliyyəti ölkədə futbol infrastrukturunun formalaşmasına və milli komandanın beynəlxalq səviyyədə tanınmasına ciddi töhfə verib.

İdman.Biz