Messi yenə “Amerikanın kralı” olmadı

Xəbərlər
1 Yanvar 2026 16:40
39
Messi yenə “Amerikanın kralı” olmadı

Argentina millisinin və “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin “Amerikanın kralı” mükafatını növbəti dəfə qazana bilmədiyi açıqlanıb.

İdman.Biz “El Pais” nəşrinə istinadla xəbər verir ki, Messi səsvermədə böyük fərqlə uduzub.

O, 14,8 faiz səs toplayarkən, mükafatın qalibi olan Uruqvay millisinin və Braziliyanın “Flamenqo” klubunun yarımmüdafiəçisi Corcian de Arraskaeta 62,8 faiz səslə birinci olub.

2025-ci ildə de Arraskaeta klub səviyyəsində dörd titul qazanıb və Libertadores Kubokunun ən yaxşı futbolçusu seçilib. Bu göstəricilər onun səsvermədə açıq üstünlük əldə etməsində əsas rol oynayıb.

Qeyd edək ki, “Amerikanın kralı” mükafatı Cənubi və Şimali Amerika qitələrində çıxış edən futbolçular arasında ilin ən yaxşısına verilir və media nümayəndələri ilə azarkeşlərin səsverməsi əsasında müəyyənləşdirilir.

İdman.Biz