İspaniyanın "Real Madrid" klubu Niderlandın "AZ Alkmaar" komandasında çıxış edən gənc yarımmüdafiəçi Kees Smiti 2026-cı ilin yay transfer pəncərəsi üçün də planlarında saxladığı bildirilir. Klub onu uzunmüddətli perspektivdə əsas layihələrindən biri kimi görür.
İdman.Biz “AS” nəşrinə istinadla xəbər verir ki, Smit klubun gənc və yüksək potensiallı futbolçulara yatırım strategiyasına tam uyğun gəlir və meydandakı keçid dövrü çətinliklərinə baxmayaraq bu siyasət dəyişməz qalır.
Bu il 20 yaşı tamam olacaq futbolçu "Santyaqo Bernabeu"da onillik perspektiv üçün nəzərdə tutulan profilə uyğundur və vaxtilə Eduardo Kamavinqa, Aurelien Tçuameni, Cud Bellinqem və Endrik kimi oyunçuların transfer edildiyi modelə bənzədilir.
Mənbənin qeyd etdiyinə görə, "Real Madrid" 2019-cu ildən sonra 25 yaşdan yuxarı futbolçular üçün yüksək məbləğlər xərcləməkdən çəkinir, Antonio Rüdiger, David Alaba, Kilian Mbappe və Trent Alexander-Arnold kimi ulduzlar isə pulsuz və ya aşağı xərc ilə heyətə qatılıb.
Kees Smitin mümkün transferinin də böyük səs-küy yaradacaq maliyyə məbləği ilə deyil, klubun uzunmüddətli sabitlik siyasətinə uyğun şəkildə həyata keçirilə biləcəyi vurğulanır.
Məlumata görə, “Real Madrid” futbolçunun inkişafını yaxından izləsə də, Kees Smit bu variantı idman strategiyasına uyğun hesab etməyib. Bu qərar şəxsi yox, sırf karyera planlaması ilə bağlıdır.
