“Karvan-Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Osimheni təbrik edib - YENİLƏNİB + VİDEO

Xəbərlər
30 Dekabr 2025 11:01
59
“Karvan-Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Osimheni təbrik edib - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”ın nigeriyalı yarımmüdafiəçisi Qavi Tompson da həmyerlisi, Viktor Osimhenlə video paylaşaraq onu ad günü münasibəti ilə təbrik edib.

O, təbrik mesajında “Qalatasaray”ın ulduzuna uzun ömür və xeyirli günlər arzulayıb.

Qeyd edək ki, Qavi Tompson bu ilin iyul ayında “Karvan-Yevlax”a transfer olub və cari mövsümdə 16 oyunda forma geyinib. Keçirdiyi oyun dəqiqələrində bir qol vurub, iki məhsuldar ötürmə verib.

10:53

Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Viktor Osimhen yeni il ərəfəsində özünə bahalı hədiyyə alaraq diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Osimhen təxminən 1.3 milyon AZN dəyərində brilyantlarla bəzədilmiş qızıl boyunbağı əldə edib.

Məlumata görə, zinət əşyası xüsusi dizayn edilib və onun üzərində futbolçunun baş hərfləri, forma nömrəsi, Nigeriya bayrağı və keçi rəsmi yer alır. Keçi təsviri idmanda tez-tez “GOAT” (bütün zamanların ən yaxşısı) ifadəsinə işarə kimi istifadə olunur və Osimhen də bunu simvolik detal kimi seçib.

İdman.Biz