İngiltərə Premyer Liqası: Qreyin qolu “Tottenhem”ə qələbə gətirdi - VİDEO

Xəbərlər
28 Dekabr 2025 22:34
55
İngiltərə Premyer Liqası: Qreyin qolu “Tottenhem”ə qələbə gətirdi - VİDEO

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Kristal Palas” - “Tottenhem” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu 42-ci dəqiqədə Arçi Qrey vurub və bununla da “Tottenhem”ə qələbə qazandırıb. Qonaqların hücumçusu Rişarlison iki dəfə fərqlənsə də, onun 17-ci və 75-ci dəqiqələrdə vurduğu qollar sayılmayıb.

Bu nəticədən sonra “Kristal Palas” 26 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. “Tottenhem” isə 25 xalla 11-ci yerdədir.

Növbəti turda “Kristal Palas” yanvarın 1-də öz meydanında “Fulhem”i qəbul edəcək. “Tottenhem” isə həmin gün səfərdə “Brentford”la qarşılaşacaq.

İdman.Biz