İngiltərə Premyer Liqasının 18-ci turunda keçirilən “Sanderlend” - “Lidsin” qarşılaşmasında tərəflər hərəyə bir qol vurub.
İdman.Biz xəbər verir ki, görüşdə hesab 28-ci dəqiqədə açılıb. Simion Adinqra fərqlənərək “Sanderlend”i irəli çıxarıb. İkinci hissənin əvvəlində, 47-ci dəqiqədə isə Dominik Kalvert-Lyuin “Lidsin” cavab qolunu vurub.
Bu nəticədən sonra “Sanderlend” 28 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. “Lids” isə 20 xalla 16-cı sıradadır.
Növbəti turda “Sanderlend” yanvarın 1-də evdə “Mançester Siti” ilə qarşılaşacaq. “Lids” isə eyni gün səfərdə “Liverpul”un qonağı olacaq.
