“Sağlam həyat” layihəsi Mingəçevirdə - FOTO

27 Dekabr 2025 14:35
188
“Sağlam həyat” layihəsi Mingəçevirdə - FOTO

Mingəçevir şəhərində səyyar “Sağlam həyat” layihəsi keçirilib.

İdman.Biz xəbər verir ki, layihə çərçivəsində müxtəlif yaş kateqoriyalarından olan 60-dək sakin iştirak edib.

İştirakçılar müxtəlif idman qurğularında fiziki hazırlıq səviyyələrini sınayıblar.

Sonda fəal və qalib iştirakçılara sertifikatlar təqdim olunub.

İdman.Biz