İngiltərənin “Nottingem Forest” klubu ev stadionunun tribunalarına keçmiş futbolçusunun adını verəcək.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “Nottingem Forest”in sahibi Evangelos Marinakisə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, “Siti Qround” stadionunun tribunalarına keçmiş futbolçu, UEFA Çempionlar Liqasının ikiqat qalibi Con Robertsonun adı veriləcək.
Xatırladaq ki, C.Robertson iki gün əvvəl 73 yaşında vəfat edib. Con Robertson 1979 və 1980-cı illərdə “Nottingem Forest”in heyətində UEFA Çempionlar Kubokunun (indiki Çempionlar Liqasının) qalibi adını qazanıb.
