“Kəpəz” Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.
İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat yayıb.
Gəncə təmsilçisi 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
Qeydiyyat üçün 051 872 13 15 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
