Hansi Flikin “Barselona”dakı gələcək taleyi bir seçkidən asılıdır

Xəbərlər
25 Dekabr 2025 15:54
40
Hansi Flikin “Barselona”dakı gələcək taleyi bir seçkidən asılıdır

İspaniyanın “Barselona” futbol komandasının baş məşqçisi Hansi Flik ünsiyyətcil üslubu və həm klubla, həm də prezident Joan Laporta ilə qurduğu dərin əlaqə sayəsində qısa müddətdə azarkeşlərin, klub əməkdaşlarının və şəhərin rəğbətini qazanıb.

İdman.Biz xəbər verir ki, Flik şəhərin kənarında və ya yaxın qəsəbələrdə deyil, Barselonanın mərkəzində - Sant Qervasi-Qalvani məhəlləsində yaşamağı seçib. O və həyat yoldaşı yerli həyata tam inteqrasiya olunub, yaxınlıqdakı mağaza və restoranlara gedir, eyni zamanda məxfiliklərini qoruyurlar.

Flik dəfələrlə Laportanı tərifləyərək bildirib ki, orada olmağımın səbəbi prezidentdir. O həmçinin bütün məşqçi heyətinin hiss etdiyi etimad və dəstəyi vurğulayıb və klubun arxasında durmasının gündəlik həyatın bir hissəsi olduğunu qeyd edib.

“Mundo Deportivo”nun məlumatına görə, Flikin “Barselona”dakı gələcəyi Laportanın prezidentliyini davam etdirməsi ilə sıx bağlıdır.

Məşqçinin klubla bağları hətta müqavilə imzalamazdan əvvəl yaranıb. Laporta ona “Barselona”nın üstünlüklərini vurğulayan alman dilində məktub göndəribmiş və Flik həmin məktubu belə xatırlayır: “Bu, ilk andan mənə göstərdi ki, inanılmaz dərəcədə böyük və xüsusi bir klubdur.”

İdman.Biz