UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” - “Napoli” matçı zamanı baş verən hadisələrə görə İtaliyanın “Napoli” klubu maliyyə cəriməsi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Neapol təmsilçisi ictimai keçidlərin bağlanmasına görə 12 min avro (24 min AZN), azarkeşlərin atəşfəşanlıq etməsi səbəbindən 5 250 avro (10 500 AZN) cərimələnib.
Qeyd edək ki, İtaliyada baş tutmuş qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.
