Baş məşqçi Klaudio Xiraldes “Selta Viqo” ilə müqaviləsini uzadıb

2 Aprel 2026 04:07
374
Baş məşqçi Klaudio Xiraldes “Selta Viqo” ilə müqaviləsini uzadıb

İspaniyanın “Selta Viqo” klubu rəsmi saytında baş məşqçi Klaudio Xiraldesin müqaviləsini uzadıb.

İdman.Biz bildirir ki, məşqçinin Viqo klubu ilə yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir. Xiraldes 2024-cü ildən bəri “Selta Viqo”nun böyüklər komandasına rəhbərlik edir və əvvəllər klubun gənclər sistemində çalışıb.

“Selta Viqo” hazırda La Liqa turnir cədvəlində 41 xalla altıncı yerdədir. Komandanın 10 qələbəsi, 11 heç-heçəsi və səkkiz məğlubiyyəti var.

Oyunçu karyerası ərzində Xiraldes “Real Madrid”in heyətində olub və həmçinin “Pontevedra”, “Orense”, “Korruxo” və digər klublarda da oynayıb.

İdman.Biz