Elvin Cəfərquliyev: “Öz üzərimdə çox işləyirəm ki, elə anlar bir daha təkrarlanmasın”

Xəbərlər
23 Dekabr 2025 17:43
37
Elvin Cəfərquliyev: “Öz üzərimdə çox işləyirəm ki, elə anlar bir daha təkrarlanmasın”

"Qəbələ"yə qarşı görüş çox maraqlı alındı. İlin son oyunu idi. İstəyirdik ki, oradan qalibiyyətlə geri dönək. Komandada yorğunluq var idi. Buna baxmayaraq, qələbə qazanmağı bacardıq. Qəbələdə oynamaq çətindir. Hava və atmosfer də belədir. Şükürlər olsun ki, qalibiyyət əldə etdik".

İdman.Biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev sportal.az saytına açıqlamasında deyib.

Milli futbolçu 2025-ci ili həm özü, həm də komandası üçün ümumilikdə müsbət dəyərləndirib. Onun sözlərinə görə, mövsüm boyu həm psixoloji, həm də fiziki baxımdan yüklənmə olub, lakin il komanda üçün yaxşı notlarla yekunlaşıb. Cəfərquliyev bununla kifayətlənməyəcəklərini və yeni ildə daha güclü olmağa çalışacaqlarını bildirib.
İlin ən yaxşıları sırasında adının çəkilməsinə münasibət bildirən müdafiəçi bu etimada görə təşəkkür edib və nəticənin xeyirli olmasını arzuladığını deyib. O, ötən il səsvermədə ikinci yeri tutmasını da xatırladıb və həmin mövzunun artıq geridə qaldığını vurğulayıb.

Cəfərquliyevin sözlərinə görə, keçmişdə baş verən xoşagəlməz epizodlardan dərs çıxarıb və öz üzərində ciddi işləyir. Müdafiəçi gələcəkdə daha sabit oyun göstərərək həm komandanın, həm də azarkeşlərin etimadını doğrultmaq niyyətindədir.

İdman.Biz