FIFA-nın yeni reytinqi: Azərbaycan yığmasının yeri dəyişmədi

Xəbərlər
22 Dekabr 2025 16:45
37
FIFA-nın yeni reytinqi: Azərbaycan yığmasının yeri dəyişmədi

FIFA milli komandaların 2025-ci il üçün yekun reytinq cədvəlini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan yığmasının ötən siyahı ilə müqayisədə mövqeyi dəyişməz qalıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv hazırda 1132.97 xalla 127-ci sıradadır.

Siyahıya 1877.18 xalla İspaniya başçılıq edir.

Türkiyə seçməsi 1582.69 xalla 25-cidir.

İdman.Biz