FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan yığması 1132.97 xalla 127-ci sıradadır.
Yığma komanda ötən siyahı ilə müqayisədə 4 pillə geriləyib.
Azərbaycan millisi bu ay DÇ-2026-nın seçmə mərhələsində öz meydançasında İslandiyaya 0:2, Fransaya isə 1:3 hesabı ilə uduzub.
Reytinqə 1877.18 xalla İspaniya başçılıq edir. Argentina 1873.33 xalla ikinci, Fransa isə 1870 xalla üçüncüüdür.
