İngiltərə Premyer Liqası klubu 111 il əvvəlki uğurunu təkrarlayıb

Xəbərlər
22 Dekabr 2025 14:05
66
İngiltərə Premyer Liqası klubu 111 il əvvəlki uğurunu təkrarlayıb

Ötən gün, İngiltərə Premyer Liqanın(İPL) 17-ci turunda “Aston Villa” İngiltərə Premyer Liqasında “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə Unai Emerinin rəhbərlik etdiyi komanda ardıcıl onuncu qələbəsi olub.

İdman.Biz xəbər verir ki, Sky Sports-un məlumatına görə, “Aston Villa” 1914-cü ildən bəri ilk dəfə yüksək divizionda 10 oyundan ibarət qalibiyyət seriyası yaxalayıb.

Qeyd edək ki, “Aston Villa” hazırda İngiltərə Premyer Liqanın turnir cədvəlində 36 xalla üçüncü pillədə qərarlaşıb.

İdman.Biz
Məqalədə: