“Torino” “Napoli”nin müdafiəçisi ilə güclənmək istəyir

Xəbərlər
22 Dekabr 2025 02:30
39
“Torino” “Napoli”nin müdafiəçisi ilə güclənmək istəyir

İtaliyanın “Napoli” komandasının müdafiəçisi Luka Marianuççi yaxın transfer pəncərəsində “Torino”nun əsas hədəflərindən biri olub.

İdman.Biz “Football Italia”ya istinadla xəbər verir ki, futbolçu daha çox oyun vaxtı qazanmaq üçün bu keçidə müsbət yanaşır. Lakin neapollular hələlik Marianuççinin gələcəyi ilə bağlı yekun qərar verməyib.

Qeyd olunur ki, “Torino” ötən yay da müdafiəçi ilə maraqlanmışdı.

Mənbə bildirir ki, “Napoli” və “Torino” arasında transfer münasibətləri kifayət qədər yaxşıdır. Turin klubunun qapıçısı Vanya Milinkoviç-Saviç hazırda icarə əsasında “Napoli”də çıxış edir. Eyni zamanda, hücumçu Covanni Simeone ötən yay oxşar şərtlərlə əks istiqamətə keçmişdi.

İdman.Biz