İtaliya A seriyası: “Torino” səfərdə “Sassuolo”nu minimal hesabla məğlub etdi

Xəbərlər
21 Dekabr 2025 21:05
40
İtaliya A seriyası: “Torino” səfərdə “Sassuolo”nu minimal hesabla məğlub etdi

İtaliya A Seriyasının 16-cı turu çərçivəsində keçirilən oyunda Torino səfərdə Sassuolo üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada yeganə qolu 66-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Nikola Vlašić vurub.

Bu nəticədən sonra “Sassuolo” 21 xalla turnir cədvəlində 10-cu pilləyə geriləyib. 20 xala yüksələn “Torino” isə 12-ci yerə qalxıb. “Buğalar” üçün bu, 6 oyunluq qələbəsizlik seriyasından sonra ardıcıl ikinci qələbə olub.

Növbəti turda “Torino” dekabrın 27-də doğma meydanda “Kalyari”ni qəbul edəcək. “Sassuolo” isə dekabrın 28-də səfərdə “Boloqna” ilə qarşılaşacaq.

İdman.Biz