“Lənkəran” futbol klubunun azarkeşləri nümunəvi addımla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, dörd nəfər könüllü komandanın heyəti ilə birlikdə iməcilik təşkil edib.
Saylarının az olmasına baxmayaraq, ərazidə xeyli iş görülüb və azarkeşlərdən hamının sevdiyi “Fırtınalar meydanı”nı təmiz saxlamaq xahiş olunub. Oyunlar zamanı diqqətli olmaq, plastik torbalardan istifadə etmək və təmizlənmiş əraziləri yenidən çirkləndirməmək tövsiyə edilib.
