“Atletiko” “Real”ın transfer hədəfini əlindən ala bilər

Xəbərlər
21 Dekabr 2025 13:35
39
“Atletiko” “Real”ın transfer hədəfini əlindən ala bilər

İspaniyanın “Atletiko” klubu Niderlandın “AZ Alkmaar” komandasında çıxış edən 19 yaşlı yarımmüdafiəçi Kees Smitlə yaxından maraqlanır.

İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb və Madrid klubunun skautlarının futbolçunun çıxışlarını diqqətlə izlədiyini bildirib.

Daha əvvəl niderlandlı yarımmüdafiəçinin əsas namizədi kimi “Real” göstərilirdi. Lakin “Atletiko”nun da yarışa qoşulması transfer uğrunda rəqabəti daha da gücləndirə bilər.

Kees Smitlə eyni zamanda İngiltərənin “Mançester Siti” və “Çelsi” klublarının, eləcə də “Barselona”nın maraqlandığı qeyd olunur.

Transfermarkt portalının qiymətləndirməsinə görə, Kees Smitin bazar dəyəri 22 milyon avrodur (təxminən 40,7 milyon AZN).

Qeyd edək ki, futbolçu özü "Real"a keçiddə maraqlı deyil.

İdman.Biz