Rodriqo La Liqada son 10 ilin rekorduna imza atdı

Xəbərlər
21 Dekabr 2025 11:30
34
Rodriqo La Liqada son 10 ilin rekorduna imza atdı

İspaniyanın “Real Madrid” komandasının hücumçusu Rodriqo La Liqada diqqətçəkən statistik göstərici ilə yadda qalıb.

İdman.Biz “SofaScore”a istinadla xəbər verir ki, braziliyalı futbolçu 2024-cü ilin noyabr ayından bəri İspaniya çempionatında bir oyunda 4 açıq qol imkanı yaradan ilk futbolçu olub.

Rodriqo bununla yanaşı daha bir mühüm nailiyyətə imza atıb. O, son 10 La Liqa mövsümündə “Real Madrid”in heyətində bir matçda 4 real qol epizodu yaradan ilk futbolçu kimi tarixə düşüb.

Bu göstərici Rodriqonun hücum xəttindəki effektivliyini və oyunun gedişatına təsirini bir daha nümayiş etdirir. Braziliyalı futbolçunun bu performansı həm mütəxəssislər, həm də statistik platformalar tərəfindən xüsusi qeyd olunub.

İdman.Biz