İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junior sosial şəbəkələrdə diqqətçəkən addım atıb.
İdman.Biz xəbər verir ki, İspaniya çempionatının 17-ci turunda “Sevilya”ya qarşı keçirilən oyundan sonra sosial şəbəkələrdə profil şəklini dəyişib. Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə braziliyalı futbolçu meydanda 83 dəqiqə olsa da, sonradan əvəzlənib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Matçdan sonra Vinisius “Real Madrid” forması ilə profil fotosunu silərək, onun əvəzinə Braziliya millisinin formasında çəkilmiş şəklini yerləşdirib. Bundan əlavə, futbolçu “Sevilya” ilə oyundan bir epizodu paylaşaraq, paylaşımı yalnız üç nöqtə ilə müşayiət edib.

Qeyd edək ki, 25 yaşlı vinger oktyabr ayının ilk yarısından bəri qol vura bilmir. Cari mövsümdə Vinisius bütün turnirlərdə 23 matça çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
