Hansi Flik Pedrisiz beş oyunda yarımmüdafiədə fərqli variantları sınaqdan keçirib

Xəbərlər
21 Dekabr 2025 12:45
40
Hansi Flik Pedrisiz beş oyunda yarımmüdafiədə fərqli variantları sınaqdan keçirib

İspaniyanın “Barselona” komandasının yarımüdafiəçisi Pedrinin mövsüm ərzində buraxdığı beş qarşılaşmada baş məşqçi Hansi Flik yarımmüdafiə xəttində müxtəlif oyunçu kombinasiyalarını sınaqdan keçirib.

İdman.Biz xəbər verir ki, bu matçlarda kataloniyalılar həm hücumda məhsuldarlıq, həm də balans baxımından fərqli nəticələr əldə ediblər.

“Barselona” “Elçe”yə qarşı 3:1 hesablı qələbə qazandığı oyunda yarımmüdafiədə Kasado, Frenki de Yonq və Fermin Lopez üçlüyünə güvənib.

Eyni trio “Brügge” ilə 3:3 hesabı ilə başa çatan qarşılaşmada da meydana çıxıb.

“Selta” ilə oyunda 4:2 hesablı qələbə zamanı Flik yarımmüdafiədə Frenki de Yonq, Dani Olmo və Fermin Lopezi seçib.

“Atletik”lə matçda isə Erik Qarsiya, Dani Olmo və Fermin Lopez üçlüyü ilə çıxış edən “Barselona” 4:0 hesablı inamlı qələbə qazanıb.

Pedrisiz son oyun isə “Çelsi”yə qarşı olub. Həmin görüşdə Erik Qarsiya, Frenki de Yonq və Fermin Lopez yarımmüdafiədə yer alsa da, kataloniyalılar 0:3 hesabı ilə məğlub olublar.

Bu göstəricilər Flikin Pedrinin yoxluğunda hələ də ideal yarımmüdafiə balansını axtardığını və rotasiyaya üstünlük verdiyini göstərir.

İdman.Biz