"Neftçi" transferlərə hazırlaşır

Xəbərlər
21 Dekabr 2025 11:50
36
"Neftçi" transferlərə hazırlaşır

"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub ilk açıqlamasında qış transfer pəncərəsində yeni oyunçuların heyətə qatılacağını düşünmədiyini, hazırkı heyətin yetərli olduğunu bildirmişdi.

İdman.Biz “Apasport”a istinadla xəbər verir ki, "ağ-qaralar"ın qışda heyətinə yeni oyunçular cəlb edəcəyi istisna edilmir.

Əgər şərtlər uyğun olarsa, klub ilk növbədə əlavə mərkəz müdafiəçisi transfer etmək istəyəcək. Xüsusən İqor Ribeyronun çıxışından narazı olan "flaqman" bu mövqeyə bir neçə alternativ düşünməyə başlayıb.

İkinci problem isə müdafiənin sol cinahındakı yetərsizlikdir. Mustafa Sekin parlaq olmayan oyunu və skamyadakı alternativsizliyi klubu bu mövqe üçün də axtarışa çıxmağa vadar edib.

İstənilən oyunçu profili tapılsa və maddi şərtlər də uyğun olsa, "Neftçi" qışda heyətini ən az 2 futbolçu ilə gücləndirəcək.

İdman.Biz