ABŞ-nin “İnter Mayami” klubunun rəhbərliyi komandanın doğma arenası - Çeyz Stadionunun meydançasından götürülmüş orijinal otu xatirə məhsulu kimi satışa çıxarıb.
İdman.Biz xəbər verir ki, məlumat klubun rəsmi internet səhifəsində dərc edilib.
Qeyd olunur ki, bu stadion Lionel Messinin ABŞ-də karyerasına başladığı və komandanın ilk titullarını qazandığı arenadır.
Məhdud sayda buraxılan məhsullar brelok formasında hazırlanıb.
Xatirə əşyaları hazırda öncədən sifariş üçün əlçatandır.
Məhsulların dünya üzrə çatdırılmasına 2026-cı ilin yanvarında başlanması planlaşdırılır.





