Donnarumma “əllərini unudub”: “Real” qarşısında ciddi səhv - VİDEO

12 Mart 2026 13:19
83
Donnarumma “əllərini unudub”: “Real” qarşısında ciddi səhv - VİDEO

İngiltərənin “Mançester Siti” futbol komandasının qapıçısı Canluici Donnarumma dünən, 11 mart tarixində Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real Madrid”lə baş tutan ilk oyunda ciddi səhvə yol verib.

İdman.Biz xəbər verir ki, qapıçı matç zamanı sanki əllərindən istifadə etməyi “unudub” və bu, komandasının qol buraxması ilə nəticələnib.

Azarkeşlər sosial şəbəkələrdə onu kəskin tənqid edərək, “Donnarumma bir anlıq əllərinin olduğunu unutdu, bu tamamilə dəlilikdir” kimi şərhlər yazıblar. “Siti” bu qarşılaşmada 3:0 hesabı ilə geriyə düşərək ağır zərbə alıb.

Görünən odur ki, Donnarummanın “əllərini gizlətməsi” fiziki bir zədədən daha çox, Madrid təmsilçisi ilə oyundakı psixoloji gərginlik və yol verdiyi texniki səhvlərlə bağlıdır.

İdman.Biz