“Sabah”ın müdafiəçisi İqor Noqeyra Misli Premyer Liqasının birinci turundan təxirə salınmış oyunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz Braziliya mediasına istinadən xəbər verir ki, “Sabah”ın futbolçu bildirib ki, ölkənin ən güclü klublarından birinə qarşı oynadıqlarını əvvəlcədən yaxşı anlayırdılar.
“Bu rəqibə qarşı oynamağın həmişə çox çətin olduğunu bilirdik. Çünki ölkənin ən güclü klubudur və avrokuboklarda mübarizə aparmağa öyrəşib. Ona görə də demək olar ki, ideal bir oyun keçirməli olduğumuzu anlayırdıq”, - deyə o, açıqlamasında deyib.
İqor Noqeyra hesabda geri düşmələrinə baxmayaraq, komandanın oyundan qopmadığını vurğulayıb:
“İkinci hissəyə geridönüş etmək məqsədi ilə kökləndik. Öz azarkeşlərimiz önündə oynamaq həlledici rol oynadı, çünki üç xalı qazanmaq üçün onların tam dəstəyini hiss etdik”.
Müdafiəçi bu qələbənin turnir cədvəlində liderliyə yüksəlmələrinə imkan yaratdığını qeyd edib:
“Bu qələbə bizi turnir cədvəlinin lideri edir və klubun bu qədər gözəl layihəsində növbəti addımı atmağımıza şərait yaradır. Mən ötən mövsümdən buradayam və klubun necə böyük fədakarlıq göstərdiyini, hansı hədəfləri olduğunu yaxından görürük”.
O, ötən mövsüm qazanılan Azərbaycan Kubokunu da xatırladıb:
“Keçən il Kuboku qazandıq və bu, ilk addım idi. Bir klubun tarixində adını yazdırmaq çox xoş hissdir və bu, böyük zəhmətin bəhrəsidir”.
İqor Noqeyra sonda əlavə edib ki, liderliyi qorumaq üçün komanda ikiqat məsuliyyət daşıyır:
“Hazırda Liqanın lideriyik, amma bunu qoruyub saxlamaq üçün ikiqat işləməli olduğumuzu bilirik. Hər oyuna final kimi yanaşırıq və mövsümün sonuna qədər də belə olacaq”.
