Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı

Xəbərlər
19 Dekabr 2025 09:44
46
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı

"Milan"ın keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb.

İdman.Biz bu barədə “Euro-sport”a istinadən məlumat yayıb.

2008-ci il təvəllüdlü futbolçu atasının çalışdığı klubun - “Milan”ın formasını geyinəcək.

“Yarımmüdafiəçi Vinsent İbrahimoviçin klubla ilk peşəkar müqavilə imzaladığını məmnuniyyətlə bildirir və “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsidir”, – deyə klubun mətbuat xidmətinin rəsmi açıqlamasında deyilir.

Xatırladaq ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. Hazırda keçmiş ulduz futbolçu “Milan”da rəhbər vəzifələrdən birini tutur.

İdman.Biz