“İlin ən yaxşı yarımmüdafiəçisi” nominasiyasının finalçıları açıqlanıb

Xəbərlər
18 Dekabr 2025 15:30
46
“İlin ən yaxşı yarımmüdafiəçisi” nominasiyasının finalçıları açıqlanıb

2025-ci il üzrə “Globe Soccer Awards” mükafatında ilin ən yaxşı yarımmüdafiəçisi nominasiyası üzrə finalçılar müəyyənləşib. Namizədlərin siyahısı mükafatın rəsmi sosial şəbəkə hesabında açıqlanıb.

İdman.Biz xəbər verir ki, ilin ən yaxşı yarımmüdafiəçisi adına namizəd olan futbolçular bunlardır: Cud Bellinqhem (“Real Madrid”), Joau Neveş və Vitinya (PSJ), Kol Palmer (“Çelsi”), eləcə də Pedri “Barselona”.

Qeyd edək ki, “Globe Soccer Awards” hər il futbol dünyasında fərqlənən oyunçuların, məşqçilərin və digər simaların mükafatlandırıldığı nüfuzlu mərasimdir. Müxtəlif nominasiyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyənləşdirilir.

Mükafatlandırma mərasimi 28 dekabr tarixində Dubayda (BƏƏ) keçiriləcək.

İdman.Biz