Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin altıncı turunun oyunları keçiriləcək

Xəbərlər
18 Dekabr 2025 10:48
52
Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin altıncı turunun oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsinin yekun, altıncı turunun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, tur çərçivəsində 18 qarşılaşma baş tutacaq.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Konfrans Liqası
Əsas mərhələsi
Altıncı tur
18 dekabr

23:59. “Maynts” (Almaniya) - “Samsunspor” (Türkiyə);
23:59. “Sparta Praqa” (Çexiya) - “Aberdin” (Şotlandiya);
23:59. “AEK Afina” (Yunanıstan) - “Universitatya” (Rumıniya);
23:59. “AEK Larnaka” (Kipr) - “Şkendiya” (Şimali Makedoniya);
23:59. “AZ Alkmaar” (Niderland) - “Yagelloniya” (Polşa);
23:59. “Kristal Pelas” (İngiltərə) - KuPS (Finlandiya);
23:59. “Şaxtyor Donetsk” (Ukrayna) - “Riyeka” (Xorvatiya);
23:59. “Dinamo Kiyev” (Ukrayna) - “Noa” (Ermənistan);
23:59. “Lozanna” (İsveçrə) - “Fiorentina” (İtaliya);
23:59. “Zrinski” (Bosniya və Hersoqovina) - “Rapid” (Avstriya);
23:59. “Legiya” (Polşa) - “Linkoln Red İmps” (Cəbəllüttariq);
23:59. “Selye” (Sloveniya) - “Şelburn” (İrlandiya);
23:59. “Omoniya” (Kipr) - “Rakuv” (Polşa);
23:59. “Strasburq” (Fransa) - “Breydablik” (İslandiya);
23:59. “Rayo Valyekano” (İspaniya) - “Drita” (Kosovo);
23:59. “Şemrok Rovers” (İrlandiya) - “Hamrun” (Malta);
23:59. “Siqma Olomouts” (Çexiya) - “Lex” (Polşa);
23:59. “Slovan Bratislava” (Slovakiya) - “Hekken” (İsveç).

İdman.Biz