Türkiyənin “Qalatasaray” klubunun baş katibi Eray Yazqan komandanın hücumçusu Mauro İkardinin komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Eray Yazqan argentinalı hücumçunun “Qalatasaray” üçün xüsusi önəm daşıdığını qeyd edib. O, İkardinin komandanın kapitanı olduğunu, ağır zədədən sonra böyük əzmkarlıqla meydana qayıtdığını vurğulayıb. Hücum xəttində rəqabətin mövcud olduğunu bildirən klub rəsmisi, buna baxmayaraq İkardinin bu rəqabətin ayrılmaz hissəsi olacağını və “Qalatasaray”da yoluna davam edəcəyini açıqlayıb.
