Misli Premyer Liqası: “Neftçi” “Sumqayıt”a qarşı

Xəbərlər
15 Dekabr 2025 09:32
68
Misli Premyer Liqası: “Neftçi” “Sumqayıt”a qarşı

Bu gün Misli Premyer Liqasının 15-ci turunun son qarşılaşması “Palms Sports Arena” stadionunda baş tutacaq.

İdman.Biz xəbər verir ki, “Neftçi” “Sumqayıt”la qarşılaşacaq.

Oyun saat 19:00-da baş tutacaq. “Neftçi” 16 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. Sumqayıt komandası 26 xalla dördüncüdür.

Misli Premyer Liqası
II dövrə, 15-ci tur
15 dekabr (bazar ertəsi)
19:00. “Neftçi” - “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Palms Sports Arena”

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” “Qəbələ”ni (1:0), “Qarabağ” isə “Araz-Naxçıvan”ı (5:1) məğlub edib.

İdman.Biz

Məqalədə: