“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi adına layiq görülərək mükafat təqdim olunub.
İdman.Biz xəbər verir ki, tədbirdə əvvəlcə Ağdam təmsilçisinin bu mövsüm əldə etdiyi nailiyyətlərdən bəhs edən süjet nümayiş olunub.
“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. 63 jurnalistin iştirak etdiyi sorğuda 58 səs qazanan Qurban Qurbanov bununla da 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adına layiq görülüb.
Qurban Qurbanov ona səs verən bütün idman jurnalistlərinə təşəkkürünü bildirib.
Sorğuda iştirak edən jurnalistlərdən ikisi ötən mövsüm “Sabah”ı ölkə kubokunun qalibi edən Vasili Berezutskiyə səs verib. Digər səslər isə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqova, “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə və milli komanda ilə yanaşı “Şamaxı”nı da çalışdıran Ayxan Abbasova verilib.
