“Real” yayda 8 futbolçunu satışa çıxara bilər

Xəbərlər
15 Dekabr 2025 00:35
42
“Real” yayda 8 futbolçunu satışa çıxara bilər

İspaniyanın “Real Madrid” klubu yay transfer pəncərəsində genişmiqyaslı dəyişikliklərə hazırlaşır.

İdman.Biz “Defensa Central” nəşrina istinadla xəbər verir ki, Madrid təmsilçisi yayda 8 futbolçunu satış siyahısına daxil etməyi planlaşdırır.

Söhbət ya gözlənilən səviyyədə çıxış etməyən, ya da əsas heyət üzvü sayılmayan və transferindən ciddi gəlir əldə oluna biləcək oyunçulardan gedir.

Mənbə bildirir ki, ilk növbədə vinger Qonsalo Qarsiya və hücumçu Rodriqonun satışı gündəmdədir.

Bundan başqa, qapıçı Andrey Lunin, müdafiəçilər Ferlan Mendi və Fran Qarsiya da mümkün ayrılıq namizədləri sırasındadır. Hər iki sol cinah müdafiəçisi Alvaro Karrerasın kölgəsində qalıb.

Satış siyahısına yarımmüdafiəçilər Daniel Sebalyos, Brahim Dias və Eduardu Kamavinqa da daxil edilib. Klub rəhbərliyi bu futbolçuların transferindən əhəmiyyətli maliyyə gəliri əldə etməklə yanaşı, maaş fondunu da xeyli yüngülləşdirməyi hədəfləyir.

İdman.Biz