İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Mateuş Fernandeş Premyer Liqanın cari mövsümündə ən sürətli qola imza atıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu Premyer Liqanın 16-cı turunda “Aston Villa”ya qarşı keçirilən oyunun 29-cu saniyəsində hesabı açıb. Oyunun doqquzuncu dəqiqəsində Mavropanos hesabı bərabərləşdirib. 24-cü dəqiqədə Bouen “Vest Hem”i yenidən hesabda irəli çıxarıb. Rocers 50-ci dəqiqədə hesab arasındakı tarazlığı bərpa edib və oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bir gün əvvəl - dekabrın 13-də “Liverpul”un hücumçusu Uqo Ekitike “Brayton”la oyunda 46-cı saniyədə qol vurmuşdu. Lakin fransalı futbolçunun rekordu cəmi 23 saatdan az müddət qoruna bilib.
“Aston Villa”nın qapısına vurulan qol Mateuş Fernandeş üçün bu mövsüm Premyer Liqada ikinci qol olub. 21 yaşlı yarımmüdafiəçi bundan əvvəl keçirdiyi 13 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
