Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

Xəbərlər
14 Dekabr 2025 16:45
96
Kaxaber Tsxadadze: “Hədəfimiz Premyer Liqada qalmaqdır”

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 15-ci turunda “Kəpəz”ə minimal hesabla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında əsas məqamlarla bağlı fikirlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Tsxadadze komandasının çıxışından narazı qaldığını bildirib.

O, qırmızı vərəqəni və buraxılan qolu xüsusi vurğulayaraq komandanın pis oynadığını etiraf edib. Tsxadadze Murad Musayevin yoxluğunun hiss olunduğunu da qeyd edib.

Baş məşqçi “Qəbələ”nin mövsümdəki hədəfinə də aydınlıq gətirib:

“Reallığı nəzərə almaq lazımdır. Bizim məqsədimiz Premyer Liqada qalmaqdır. Avrokuboklar haqqında danışmaq real deyil”.

Tsxadadze Sanqarenin çıxışına toxunaraq futbolçunun çox səhv etdiyini bildirib və heyəti qorumağın vacibliyini vurğulayıb. Qapıçı mövqeyində rəqabətin zəif olduğunu deyən mütəxəssis qış fasiləsində yeni qapıçı transferinin planlaşdırıldığını açıqlayıb.

Sonda o, hazırkı dövrün məşqçi kimi onun üçün çətin mərhələ olduğunu bildirib və mövsümün sonuna qədər mübarizəni davam etdirəcəklərini vurğulayıb.

İdman.Biz