Aleksandr Çertoqanov: "Neftçi" həmişə xalq komandası olub"

Xəbərlər
14 Dekabr 2025 18:50
66
Aleksandr Çertoqanov:  "Neftçi" həmişə xalq komandası olub"

Azərbaycan millisinin və "Neftçi"nin Ukrayna əsilli sabiq futbolçusu Aleksandr Çertoqanov “ağ-qaralar”ın Yuriy Vernidubu baş məşqçi postuna təyinatını şərh edib.

İdman.Biz xəbər verir ki, Çertoqanov sportal.az saytına açıqlamasında Samir Abasovla yolların ayrılması barədə də danışıb.

"Samir Abasov baş məşqçi postundan göndərildi. Yəqin ki, "Neftçi" rəhbərliyi gözləmək istəmirdi. Nəticə olmadığı üçün onunla yollar ayrıldı. Bəzi detallar var ki, onlar qaydasına düşməliydi. Hər halda, komandada yeni futbolçular da var. Komanda oyunu üçün zamana ehtiyac duyulur. Tez bir zamanda bunu etmək də mümkün olmadı. Hər halda, futbolçuların bir-birinə uyğunlaşıb, lazımı səviyyədə oynamasına zaman lazımdır. O zaman da yox idi. Çünki heç kim gözləmir, nəticə istəyir", - deyə Çertoqanov bildirib.

Yuriy Vernidubun təyinatından xəbərdar olduğunu söyləən ukraynalı, onun maksimalistdir olduğunu söyləyib:

"Vernidub bu səviyyədə olan komandalarla işləməyi bacarır. Onun iş etikası və emosionallığı ən yüksək səviyyədədir. Həqiqətən də yaxşı məşqçidir. Avropadan məşqçi dəvət etməyə həqiqətən ehtiyac yox idi. Çünki son illərdə hansısa məşqçinin Azərbaycana özünü ən yaxşı tərəfdən göstərdiyini xatırlamıram. Ona görə də heç ehtiyac yoxdur buna. "Neftçi" həmişə xalq komandası olub, baxmayaraq ki, son illərdə "Qarabağ" bu estafeti öz üzərinə götürüb. Amma düşünürəm ki, "Neftçi" öz nailiyyətlərini geri qaytarmalı və azarkeşləri sevindirməlidir. Ümid edirəm ki, "Neftçi" bunları etməyi bacaracaq".

İdman.Biz