UFC debütantının inanılmaz hekayəsi - FOTO

Xəbərlər
14 Dekabr 2025 15:40
50
UFC debütantının inanılmaz hekayəsi - FOTO

UFC-də debüt edən amerikalı döyüşçü Stiven Asplandın hekayəsi MMA ictimaiyyətində böyük maraq doğurub.

İdman.Biz xəbər verir ki, Aspland gənclik illərində ciddi çəki problemi ilə üzləşib. Onun sözlərinə görə, uşaqlıqda iştahı həddindən artıq olub və anasının yeməkləri də bu vəziyyəti daha da ağırlaşdırıb.

Stiven gündə yemək vaxtları 2-3, bəzən isə 4 porsiya yemək yeyir, həftəsonları isə qutularla peçenye və qazlı içkilər alaraq saatlarla videooyunlar oynayırdı.

20 yaşına çatanda Aspladın çəkisi 220 kiloqramdan artıq olub. Həyatında dönüş nöqtəsi isə uzunmüddətli münasibətdən sonra sevgilisindən ayrılması ilə başlayıb. O an Stiven başa düşüb ki, həyatında nə məqsəd var, nə də əldə olunmuş real nailiyyət.

Bundan sonra o, idman zalında ciddi şəkildə çalışmağa başlayıb. Məktəb illərindən dostunun dəstəyi və MMA-ya yenidən yaranan marağı Asplanda böyük kömək olub. Zamanla o, peşəkar karyeraya start verib və 27 yaşında UFC-də debüt səviyyəsinə yüksəlib.

Dünən keçirilən döyüşdə Aspland Şon Şarafa qarşı rinqə çıxıb və rəqibini nokautla məğlub edib. Qanlı və dramatik qarşılaşma döyüşçünün möhtəşəm debütü ilə yadda qalıb. Maraqlıdır ki, döyüşdən əvvəl onun bədən quruluşuna istehza edən azarkeşlər qarşılaşmadan sonra Stivenin həyat hekayəsini öyrənərək mövqelərini dəyişiblər.

Bu qələbə Aspladın təkcə rinqdə yox, həyatda da böyük mübarizə apardığını sübut edib və MMA azarkeşləri arasında ona böyük hörmət qazandırıb.

İdman.Biz

Məqalədə: