“Red Bull” şirkətinin rəhbəri Oliver Mintzlaff Yurgen Kloppun “Real”la bağlı yayılan şayiələrinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Mintzlaff alman mütəxəssisin hazırda məşqçilik fəaliyyətinə qayıtmaq niyyətində olmadığını vurğulayıb.
“Yurgen açıq şəkildə bildirib ki, indiki mərhələdə məşqçilik etmək istəmir. Əlbəttə, zamanla bu dəyişə bilər. Amma mən onun hazırkı işinə hansı həvəslə yanaşdığını, nə qədər ideyaya sahib olduğunu və inkişaf etmək istəyini görürəm. Buna görə də tam sakitəm”, - deyə şirkət rəhbəri bildirib.
Qeyd edək ki, son günlər Yurgen Kloppun gələcəkdə “Real”la mümkün əməkdaşlığı ilə bağlı müxtəlif iddialar irəli sürülürdü. “Red Bull” rəhbərinin açıqlaması bu mövzuda müzakirələri bir qədər səngitmiş olub.
Xatırladaq ki, Yurgen Klopp 1 yanvar 2025-ci ildən etibarən “Red Bull” şirkətində “Head of Global Soccer” (qlobal futbol rəhbəri) vəzifəsini tutur.
