Vinisius zəif oyununun səbəbini açıqlayıb

Xəbərlər
14 Dekabr 2025 13:15
70
Vinisius zəif oyununun səbəbini açıqlayıb

İspaniyanın “Real Madrid” klubunun hücumçusu Vinisius son vaxtlar üzləşdiyi forma enişinin səbəbini komanda yoldaşlarına izah edib.

İdman.Biz AS nəşrinə istinadla xəbər verir ki, braziliyalı futbolçu soyunub-geyinmə otağında yaxın ətrafına zəif çıxışının əsas səbəbinin fiziki durumunun istənilən səviyyədə olmaması ilə bağlı olduğunu bildirib.

Klub rəhbərliyi, xüsusilə Florentino Peres bu arqumentləri anlayışla qarşılayıb. Çünki “Real” daxilində bütün komandanın fiziki hazırlığında problemlərin olduğu qənaəti formalaşıb.

Mənbə qeyd edir ki, “Real” Vinisiusun klubla müqaviləsini uzadacağına tam əmindir. Madrid təmsilçisi futbolçunun mövcud müqaviləni başa vuraraq komandanı azad agent kimi tərk etməsi variantını ümumiyyətlə nəzərdən keçirmir.

Bildirilir ki, Xabi Alonso da Vinisiusu artıq toxunulmaz futbolçu hesab edir. Məşqçi ilə oyunçu arasında əvvəllər mövcud olan fikir ayrılıqları tam şəkildə aradan qaldırılıb.

Vinisiusun özü də əmindir ki, fiziki durumunu bərpa etdikdən sonra meydandakı oyunu xeyli yaxşılaşacaq. Klub daxilində də bu məsələdə tam inam mövcuddur.

İdman.Biz

Məqalədə: