Şlotterbek gələcəyi ilə bağlı qərar verməyib

Xəbərlər
14 Dekabr 2025 12:00
50
Şlotterbek gələcəyi ilə bağlı qərar verməyib

Almaniyanın “Borussiya Dortmund” klubunun müdafiəçisi Niko Şlotterbek hələlik gələcək karyerası ilə bağlı yekun qərar qəbul etməyib.

İdman.Biz “Sky Sports”a istinadla xəbər verir ki, futbolçu mümkün variantları dəyərləndirir və “Real”, “Barselona” və ya “Bavariya”dan gələ biləcək təklifləri gözləyir. Mənbə bildirir ki, Şlotterbek bu mərhələdə tələsmir və qərarını məhz böyük klublardan birinin konkret addımından sonra vermək niyyətindədir.

Oyunçuya yaxın mənbələrin fikrincə isə ən real ssenari onun Dortmund “Borussiya”sı ilə mövcud müqaviləni uzatmaqdan imtina etməsidir. Bu isə yaxın transfer dövrlərində Şlotterbekin klub dəyişmək ehtimalını xeyli artırır.

İdman.Biz

Məqalədə: