Misli Premyer Liqası: “Kəpəz” - “Qəbələ” oyununda birici hissə qolsuz başa çatır - CANLI

Xəbərlər
14 Dekabr 2025 14:51
80
Misli Premyer Liqası: “Kəpəz” - “Qəbələ” oyununda birici hissə qolsuz başa çatır - CANLI

“Kəpəz” - “Qəbələ” oyununda birici hissə qolsuz başa çatır.

14:42

“Qəbələ” oyunun 38-ci dəqiqəsində azlıqda qalır. İbrahim Sanqare birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılır.

13:59

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Kəpəz” - “Qəbələ” oyunu başladı.

13:35

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Kəpəz” - “Qəbələ” oyunu üçün heyətlər açıqlanıb.

"Kəpəz": 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 10. Ryonosuke Ohori 38. Cefferson Bentu

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 15. Raul Məmmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 72. Nizami Səmədov 9. Luis Paçu 6. Pedro Qomeş

Baş məşqçi: Azər Bağırov

"Qəbələ": 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 27. Eşqin Əhmədov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 30. Prins Ovusu

Baş məşqçi: Kaxaber Tsxadadze

09:15

Bu gün Misli Premyer Liqasının 15-ci turunun növbəti qarşılaşması Yevlax şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Kəpəz” “Qəbələ”ni qəbul edəcək.

Oyun saat 14:00-da başlayacaq. Meydan sahibləri turnir cədvəlində 6 xalla 11-ci, qonaqlar 8 xalla 10-cu sıradadır.

Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
14 dekabr
14:00. “Kəpəz” - “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu.

İdman.Biz

Məqalədə: