“Sofascore” Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçuların siyahısını açıqladı

Xəbərlər
13 Dekabr 2025 16:20
52
“Sofascore” Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçuların siyahısını açıqladı

Azərbaycan Premyer Liqasında geridə qalan 14 turun statistik göstəricilərinə əsasən ən yaxşı futbolçuların reytinqi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, nüfuzlu statistik platforma "Sofascore" mövsümün bu hissəsində ən yüksək performans göstərən 10 oyunçunun siyahısını açıqlayıb. Reytinq cədvəlinə “Qarabağ”ın müdafiəçisi Toral Bayramov başçılıq edir.

Millimizin üzvü 7.50 orta xal göstəricisi ilə siyahının ilk pilləsində qərarlaşıb. İlk “üçlük”də yer alan futbolçulardan ikisi yerli oyunçulardır ki, bu da AZPL-də azərbaycanlı futbolçuların artan rolunu göstərir.

“Sofascore” versiyasına görə futbol üzrə Azərbaycan Premyer Liqasında 14 turdan sonra ən yaxşı futbolçular:

Toral Bayramov (“Qarabağ”) – 7.50

Emin Mahmudov (“Neftçi”) – 7.41

Abdullah Zubir (“Qarabağ”) – 7.41

Coy Lens Mikkels (“Sabah”) – 7.39

Stiven Solve (“Sabah”) – 7.34

Adriel Ba-Lua (“Qəbələ”) – 7.29

Fernando Varqas (“Neftçi”) – 7.26

Timoteuş Puxaç (“Sabah”) – 7.25

İmad Fərəc (“Neftçi”) – 7.24

Sami Mmae (“Qarabağ”) – 7.19

Mövsümün növbəti turlarında bu reytinqdə dəyişikliklərin olub-olmayacağı isə futbolçuların göstərəcəyi performansdan asılı olacaq.

İdman.Biz