Arne Slot Salahın sabahkı oyunu ilə bağlı qeyri-müəyyənlik yaradıb

Xəbərlər
12 Dekabr 2025 14:39
53
Arne Slot Salahın sabahkı oyunu ilə bağlı qeyri-müəyyənlik yaradıb

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot Məhəmməd Salahın “Brayton”la sabahkı oyunda meydana çıxıb-çıxmayacağı ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis bu gün misirli hücumçu ilə şəxsi söhbət aparacağını bildirib.

“Bu gün Salahla danışacağam. Söhbətimizin nəticəsi bundan sonra hansı istiqamətdə irəliləyəcəyimizi müəyyən edəcək”, - deyə Slot vurğulayıb.

Bu arada Salah özü sosial şəbəkələrdə məşq zalından fotolar paylaşmaqda davam edir. Bundan əlavə, dünən misirli futbolçu “Liverpul”un sabiq kapitanı Cordan Hendersonla şəxsi görüş zamanı görüntülənib.

Qeyd edək ki, Salahın son günlər komanda daxilindəki vəziyyəti və gələcəyi ilə bağlı müxtəlif iddialar gündəmdə qalmaqdadır. Bu səbəbdən onun “Brayton”la oyunda iştirakı xüsusi maraq doğurur.

İdman.Biz