“Zirə” futbol klubu Misli Premyer Liqasının 18-ci turunda “Sabah”la görüşəcək.

İdman.Biz bildirir ki, matç yanvarın 31-də keçiriləcək.

Qəsəbə klubu “Sabah”la oyuna hazırlıqlarını davam etdirir.

Bu gün də komandanın oyunçuları hazırlıq məşqinə çıxıblar.

“Zirə” 17 oyundan sonra 29 xalla turnir cədvəlində dördüncü yerdədir.

“Sabah” 40 xalla liderlik edir.

