“Turan Tovuz”un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.
İdman.Biz Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 17-ci turuna təsadüf edib.
R.Sadıxov “Sumqayıt”la ev oyununda qələbə topunun müəllifi olub. O, 30-cu qolunu 185-ci matçında vurub. Yarımmüdafiəçi “Sumqayıt”da 17, “Zirə”də 10, “Turan Tovuz”da üç dəfə fərqlənib.
Rəhim Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü oyunçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.
